AUT.AZ

“Neftçi” onu Latviya klubuna göndərdi

“Neftçi”nin futbolçusu Ramin Nəsirli karyerasını Latviyada davam etdirəcək.

Aut.az xəbər verir ki, gənc yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.

O, bu ilin sonuna kimi adıçəkilən komandaya icarəyə verilib.

“Neftçi-2”nin aparıcı futbolçularından olan Ramin Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi matçda meydana çıxıb. O, Azərbaycanın U-21 millisinin üzvüdür.

Exit mobile version