AUT.AZ

Məşhur klub basketbolçu ilə futbolçunu səhv saldı

Braziliyanın “Flamenqo” klubu qeyri-adi səhvə yol verib.

Aut.az xəbər verir ki, Braziliya klubu basketbolçu Joao Qomesi  “Vulverhempton”a transfer olunan adaşı Joao Qomeslə səhv salaraq, onun hesabına 340 min avro köçürüb. Bu barədə “Globo” məlumat yayıb.

Klub bu vəsaiti futbolçunun İngiltərə komandası ilə bağladığı müqavilənin şərtlərinə görə ödəməliymiş.

Qomes əvvəllər “Flamenqo”nun basketbol klubunda oynayıb, daha sonra həvəskarlar liqasına yollanıb. Hesabına pul köçən basketbolçu xeyli qorxub. O, əvvəlcə elə bilib ki, bu, çirkli pulların yuyulması ilə məşğul olan şəxslərin işidir.

Dörd gün sonra klub səhvini aşkar edib və məbləğ dondurulub.

Joao Qomes yanvarın sonunda “Vulverhempton”a keçib.  Futbolçu ilə müqavilə 2028-ci ilin yayına qədər bağlanıb.

Aut.az

 

Exit mobile version