AUT.AZ

Emin Mahmudov seçimini etdi – Daha yaxşı maaş və…

“Neftçi”də uzun müddətdir davam edən Emin Mahmudovla bağlı müəmmalı vəziyyət sona çatmaq üzrədir.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın kapitanı uzun sürən danışıqlardan sonra mövsümün sonunda bitəcək müqaviləni yeniləməyə razılıq verib. “Neftçi”nin son oyunlarda uğurlu çıxış etməsi Eminin bu qərarında böyük rol oynayıb. Bir müddət əvvəl bu məsələdə ümidsiz olan 30 yaşlı futbolçu klub və komanda ətrafında son zamanlarda baş verən dəyişikliklərdən sonra qalmağa razı olub.

Mahmudovun imzalayacağı yeni sözləşmənin müddəti 2 il, maaşı isə daha çox olacaq. Milli komandamızın kapitanı yaxın günlərdə deyil, aprelin sonu və ya mayın əvvəlində yeni müqaviləyə imza atacaq. Daha dəqiq desək, “Neftçi”nin ölkə kubokundakı yarımfinal oyunlarından sonra. Emin rəhbərliyə “Turan Tovuz”la görüşləri gözləməyi məsləhət edib. Məhz bundan sonra Mahmudovun “ağ-qaralar”dakı taleyinə tam aydınlıq gələcək.

Əvvəllər də məlumat vermişdik ki, Eminlə 2 klub – “Qarabağ”la “Sabah” maraqlanır. Hər iki klubun təklif etdiyi müqavilə “Neftçi”dəki şərtlərdən yaxşı olsa da, Mahmudov 6 ildir çıxış etdiyi “ağ-qaralar”da qalmağı üstün tutub. Hələ ki…

aut.az

Exit mobile version