AUT.AZ

“Barsa”nın bu işi məhkəməyə qaldı

İspaniya Ədliyyə Nazirliyi hakimlərə rüşvət verilməsi ilə bağlı “Barselona”ya qarşı rəsmi şikayət verməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Daha əvvəl məlumat yayılmışdı ki, “Barselona” İspaniyanın hakimlər departamentinin keçmiş rəhbəri Enrikes Neqreyranın hesabına 2001-2017-ci illərdə “Dasnil 95” şirkəti vasitəsilə pul köçürüb.

“Barselona”nın prezidenti Joan Laporta kluba qarşı bütün ittihamları rədd edərək, ödənişləri hakim hesabatları sifariş etdikləri üçün ödədiklərini bildiriblər.

Prokurorluq isə bu amili kifayət qədər ciddi sübut hesab etmir və keçmiş prezident Xosep Mariya Bartomeu və klubun özünə qarşı korrupsiya ittihamı irəli sürəcək.

 

La Liqa pozuntuya görə cəza verilməyəcəyini bildirib. Bəs məhkəmə hansı cəzanı kəsəcək? “Barsa”nın başının bu işə görə çox ağrıyacağı dəqiqdir.

Aut.az

Exit mobile version