AUT.AZ

“Barsa” pula görə bunu da edir

“Barselona” rəhbərliyi növbəti mövsümdə maaş limitini artırmaq üçün büdcəsini çoxaltmağın yeni yollarını axtarmağa davam edir.

Aut.az xəbər verir ki, bu barədə “La Portera de Nununez” məlumat yayıb. Kataloniya təmsilçisi klubun muzeyinin 20 və ya 40 faizini satmağı ciddi şəkildə düşünür.

“Barselona”nın muzeyini ildə orta hesabla 1,5 milyona yaxın insan ziyarət edir ki, bu da kluba daha çox pul gətirir. Bildirilir ki, klub 2018/19 mövsümündə muzeydən 58 milyon avro qazanıb.

Exit mobile version