AUT.AZ

Anası onunla danışıb, and içib ki…

PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakiminin anası Səidə Moh hesab edir ki, zorlamada ittiham olunan oğlu belə bir iş tutmağa qadir deyil.

Aut.az “Sportkeeda” istinadla xəbər verir ki, Səidə xanım oğlu ilə danışdığını bildirib6

“Ürəyim mənə deyir ki, oğlum günahsızdır, o, çox gözəl tərbiyə alıb. Onun təvazökarlığını, yüksək mənəviyyatını bütün dünya bilir, Əşrəf onun başına gələnlərə layiq deyil.

Mən onunla bu məsələ ilə bağlı danışdım, and içdi ki, günahsızdır”.

Xatırladaq ki, Fransanın Nant şəhərinin prokurorluğu Hakimiyə qarşı ittiham aktı dərc edib. Zorlamada ittiham olunan 24 yaşlı futbolçu artıq ifadə verib.

Aut.az

 

Exit mobile version