AUT.AZ

Vəd verdi: Het-trik edəcək

PSJ-nin  hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə keçiriləcək cavab oyunundan əvvəl vəd verib.

Aut.az xəbər verir ki, Mbappe cavab qarşılaşmasında het-trik edəcəyinə söz verib.

“202, 203 və 204-cü qollarımı “Bavariya” üçün saxlamışam. Bəli, het-trik edəcəyəm. Hətta daha çoxunu! Biz oraya növbəti mərhələyə çıxmaq üçün gedirik. Əzmkarıq, inam qazanmışıq və indi qalib gəlməliyik!””, – Mbappe “Canal+”-in efirində deyib.

Parisdə “Bavariya” ilə ilk görüşdə PSJ 0:1 hesabı ilə məğlub olub. Cavab qarşılaşması martın 8-də Münhendə keçiriləcək.

Aut.az

Exit mobile version