AUT.AZ

Kloppun şərhi: Hər kəs bilməlidir ki…

“Liverpul “un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted” üzərində qazanılan böyük hesablı qələbəni (7:0) şərh edib.

Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis duyğularını bu formada bölüşüb:

“Söz yox ki, matç fantastik alındı. Hər şey əladır. Yaxşı formada olan komandaya qarşı yüksək səviyyəli futbol nümayiş etdirdik. İkinci hissənin əvvəli kifayət qədər yaxşı alındı, sonu da pis deyildi. Futbolda hər şey olur.

İstədiyimiz təkan idi. Bu, bizi düzgün istiqamətə yönəldir. Hər kəs bilməlidir ki, biz hələ də buradayıq. Bu oyunla bundan sonra necə olmalı olduğumuzu yaxşı nümayiş etdirdik”.

Qeyd edək ki, inamlı qələbə sayında xallarının sayını 42-ə çatdıran “Liverpul” 5-ci sıraya yüksəlib.

Exit mobile version