AUT.AZ

Bilir ki, Madriddə qalmayacaq – Əgər…

Karlo Ançelotti bu mövsüm titul qazan bilməsə, “Real”dan ayrılacaq.

Aut.az xəbər verir ki, bu məlumatı “The Athletic” yayıb. Qeyd edilir ki, italyan mütəxəssis komandanın gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Amma rəhbərlik Ançelotti ilə razılaşmayıb.

63 yaşlı mütəxəssis “Real”ın keçən yay transferlərə böyük xərc çəkməməyinin səbəblərini başa düşür. Lakin bunun, onun mövqeyini riskə atdığını da hiss edir: Ançelotti bilir ki, klub bu mövsüm titul qazanmasa, Madriddə qalmayacaq.

“Real” İspaniya Superkubokunda “Barselona”ya ilk yarımfinal görüşündə uduzub. Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Liverpul”a qalib gəlib (5:2).

“Real” La Liqada lider “Barselona”dan 9 xal geri qalaraq ikincidir.

Aut.az

Exit mobile version