AUT.AZ

Azərbaycanda oynamış voleybolçu həmcinsi ilə evləndi – FOTOLAR

Voleybol üzrə Azərbaycan çempionatının mükafatçı Enn Buijs həmcinsi ilə evlənib.

Aut.az xəbər verir ki, artıq fəaliyyətini dayandıran “Lokomotiv”in şərəfini qorumuş niderlandlı hücumçu braziliyalı blokçu Ana Karolina Da Silva ilə münasibətlərini rəsmiləşdirib.

Onların bir-birini 2016-cı ildən sevdiyi bildirilir. Həmin vaxt “Reksona Sesc”də oynayan voleybolçular daha sonra 3 eyni komandada mübarizə aparıblar.

Hazırda Braziliyada “Praia”da çıxış edən cütlük toyunu bu ölkənin Minas-Jerays ştatının Uberlandiya şəhərində edib.

2014/2015 mövsümündə Bakı klubunda oynayan Niderland millisinin kapitanı Azərbaycan Super Liqasının gümüş medalını qazanıb.

 

Exit mobile version