AUT.AZ

Prezident də onun uğuruna biganə qalamdı

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Kilian Mbappeni klubun ən yaxşı bombardiri olması münasibətilə təbrik edib.

Aut.az “RMC Sport”a istinadla xəbər verir ki, o, Mbappenin klub azarkeşlərinə emosional anlar yaşatdığını bildirib:

“Təəssüf ki, klub və Kilian üçün tarixi olan bu anı sizinlə qeyd edə bilmərəm.

Mbappe rekordları çox sevən oyunçudur, rekordlar da onu sevir. Bu, onun sabitliyini və fantastik səmərəliliyini göstərir.

Bizim kluba gəldikdən sonra onun səyahəti heyrətamizdir. O, çoxlu qollar vurdu, kuboklar qazandı və hər kəsə emosional anlar yaşadı”.

Aut.az

Exit mobile version