AUT.AZ

“Neftçi” azarkeşlərinə bəd xəbər: Kamran Quliyev qalır – Onların “bığının altından” keçə bilib

“Neftçi”nin prezidenti Kamran Quliyevin yaxın zamanlarda postundan uzaqlaşdırılacağı bildirilirdi.

Qeyd edilirdi ki, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf uğursuzluqları və ictimai rəyi nəzərə alaraq, Kamran Quliyevi vəzifəsindən azad etməyi planlaşdırır. SOCAR prezidenti bu addımla “Neftçi”nin imicinin yüksəlməsini təmin etməyi hədəfləmişdi.

Ancaq deyəsən, situasiya dəyişib. Aut.az xəbər verir ki, Sportinfo.az saytı proseslə bağlı yeni məlumat əldə edib. Bildirilir ki,  Rövşən Nəcəf Kamran Quliyevlə işbirliyini davam etdirmək marağındadır.

O, azı daha 1 il paytaxt təmsilçisində qalacaq. Sayt iddia edir ki, Kamran Quliyev SOCAR-da görəvə gələn insanlarla yaxınlaşaraq, postunu qorumağı bacarıb.

Yəni Quliyev kimlərinsə “bığının altından” keçməklə, postunu qoruyub. Vay “Neftçi”nin halına.

Aut.az

Exit mobile version