AUT.AZ

Nazim Süleymanov 5 azərbaycanlı futbolçunu “Ximki”yə gətirdi

Nazim Süleymanovun “Ximki”də çalışmasının ən böyük xeyri klubun qapılarının azərbaycanlıların üzünə açılmasıdır.

Sentyabrda klubun U-19 komandasının sükanı arxasına keçən təcrübəli mütəxəssis heyətə üç həmyerlisini cəlb etmişdi.

2006-cı il təvəllüdlü Nihat Ağayev qapıçıdır. Yaroslav “Şinnik”nin yetirməsidir və “Ximki”yə bu klubdan cəlb olunub.

2005-ci il təvəllüdlü Nihat Həsənov də qapıçıdır. O, “Ximki”nin yetirməsidir. Süleymanov akademiya komandalarının məşqini izləyəndə Nihatı görüb və onu U-19-a cəlb edib. Halbuki, buna qədər həmin komandadan kənarda qalmışdı.

2004-ci il təvəllüdlü Rəsul Hüseynov da artıq “Ximki”nin U-19-nun üzvü hesab olunur. 18 yaşlı futbolçu sol cinah müdafiəçisidir.

Bu ayın əvvəlində “Ximki-2”nin baş məşqçi təyin olunan Nazim Süleymanov azərbaycanlılara şans vermək istəyini burada da göstərib.

Yeni komandasında işə başlayan kimi Sənan Yusibovu Krasnoqorsk “Zorge”sindən “Ximki-2”yə gətirən Süleymanov bu futbolçunun xidmətindən əsas heyət üzvü kimi yararlanır. 2003 doğumlu Sənan hücumun sivri ucunda və ikinci hücumçu kimi oynaya bilir.

Komandasında görmək istədiyi hələlik sonuncu həmyerlimiz isə Samir Məsimov olub. Vaxtilə “Neftçi”nin heyətində Azərbaycan kubokunun sahibi olmuş 27 yaşlı cinah yarımmüdafiəçisi ötən ilin yayından klubsuz idi.

Exit mobile version