AUT.AZ

Messi 1000-i haqladı

PSJ-nin hücumçusu Lionel Messi klub səviyyəsində 1000-ci məhsuldar göstəriciyə nail olub.

Aut.az xəbər verir ki, 35 yaşlı argentinalı Fransa çempionatının 26-cı turunun “Nant”la görüşündə (4:2) 12-ci dəqiqədə hesabı açıb.

Bu, Leonun 1000-ci məhsuldarlığı olub. O, karyerası ərzində “Barselona” və PSJ-də 841 oyun keçirib. Leo bu  qarşılaşmalarda 701 qol vurub və 299 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version