AUT.AZ

“Getməlidir” qərarını necə verib? – İndi gecələr yaxşı yatır

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın sabiq futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Aut.az xəbər verir ki, Erik “Mirror” nəşrinə verdiyi açıqlamada Ronaldonun daha komandaya lazım olmayacağı haqda qərara necə gəldiyini də açıqlayıb:

“Mənim səbəblərim var idi. Onlar göz qabağında idi və mən bunun nəticələrini də bilirdim. Bunun mənfi nəticəsi də ola bilərdi. Futbolda bu, həmişə mümkündür. Amma narahat deyiləm. İndi mən də gecələr yaxşı yatıram.

Komandanın inkişafı ilə bağlı qərarlar verməliyəm. Bu mənim işimdir, məsuliyyətimdir. Özü də qərarlarımın nəticələri və təsiri  təkcə qısamüddətli deyil, həm də uzunmüddətli perspektivə hesablanmalıdır.

Əlbəttə ki, həmişə çox vaxtınız olmur. Yadımdadır ki, həmin müddətdə 10 gün vaxtımız var idi ki, hansı variantın daha yaxşı olacağını düşünə bilim. Həmişə strateji düşünmək lazımdır. Bu, mənim işim, üzərimə götürməli olduğum məsuliyyətdir”.

Aut.az

Exit mobile version