AUT.AZ

Türklə razılaşıblar – İlə 6 milyon avro

Hakan Çalhanoğlu “İnter”lə müqaviləsini 2026-cı ilə qədər uzatmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı türklə milanlılar arasında danışıqlar son mərhələdədir.

Mənbənin sözlərinə görə, Çalhanoğlunun maaşı mövsüm başına 5,5 milyon avro və 500 min bonus olacaq.

Yarımmüdafiəçinin “İnter”lə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Aut.az

Exit mobile version