AUT.AZ

Qalmaqal: Ukrayna yığmasının sponsoru Rusiya klubuna da…

Ukrayna Futbol Assosiasiyası (UAF)  Telegram kanalında bu ölkənin yığmasının texniki sponsor olan “Joma”dan Rusiya “Zenit”inin formalarına görə izahat tələb edib.

Aut.az xəbər verir ki, təşkilat, “Joma”nın “Zenit”in formasının dizaynının təqdimatı və hazırlanmasında iştirak edib-etmədiyini bilmək istəyir.

Bəyanatda deyilir: “Necə oldu ki, “Joma” loqosu Rusiya komandasının təqdim olunan formasında parlayır?”

UAF məsələ ilə bağlı yaxın vaxtlarda dəqiq cavab alacağına ümid etdiyini bildirib.

“Zenit” martın 3-də “Joma”nın hazırladığı yeni formanı təqdim edib. Əvvəllər komandanın texniki sponsoru “Nike” idi.

Aut.az

 

Exit mobile version