AUT.AZ

“Napoli”nin bu seriyası qırıldı

İtaliya çempionatının 25-ci turunun açılış matçında gözlənilməz nəticə qeydə alınıb.

Aut.az xəbər verir ki, lider “Napoli” öz meydanında “Latsyo”ya 0:1 uduzub. Bununla da Neapol təmsilçisinin Seriya A-da ardıcıl 8 oyunluq qələbə seriyası qırılıb.

Eyni zamanda, neapollular bu mövsüm 2-ci dəfə məğlub olub.

Bu məğlubiyyət “Napoli”nin mövqeyinə təsir etməyib. Komanda 65 xalla A seriyasının lideridir. 48 xalı olan “Latsio” isə ikincidir.

Exit mobile version