AUT.AZ

Milliyə yolu bağlandı

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud bundan sonra İngiltərə yığmasına çağırılmayacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Bildirilir ki, həbsdən yenicə çıxan Qrinvud millidəki karyerasını davam etdirmək istəyir, lakin İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt buna qarşıdır. O, təkcə futbolçunun istedadına deyil, həm də komandada münasibətlərin necə inkişaf etdiyinə böyük əhəmiyyət verir.

İngiltərə formasıyla cəmi 1 oyunda meydana çıxan Qrinvud Yamayka millisində oynaya bilər. Çünki onun anası həmin ölkədəndir.

Qeyd edək ki, sevgilisini zorlamaqda. ona şiddət göstərməkdə şübhəli bilinən 21 yaşlı hücumçu ötən ilin yanvarından oktyabrına qədər həbsdə olmuşdu.

Exit mobile version