AUT.AZ

“Düşmənlər” görüşdü – Əmindirlər ki…

“Real” və “Barselona”nın prezidentləri Superliqanın gələcəyini müzakirə ediblər.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Florentino Peres və Joan Laporta, eləcə də komandanın  direktorları cümə axşamı “Real”la “Barselona” arasında İspaniya Kral Kubokunda keçirilən matçdan əvvəl nahar ediblər.

Onlar Avropa Məhkəməsinin UEFA ilə mübahisələrində onların xeyrinə qərar veriləcəyindən əmindirlər. Ona görə də, qarşıdakı aylarda həyata keçirməyi planlaşdırdıqları strategiyanı müzakirə ediblər.

Kataloniya klubunun nümayəndələri əmindirlər ki, məhkəmənin qərarından sonra UEFA güzəştə gedəcək.

Aut.az

Exit mobile version