AUT.AZ

Doğum günündə qəzada öldü

Martın 1-də Yunanıstanda baş verən qatar qəzasında “AO Ypatos” klubunun futbolçusu da həyatını itirib.

Aut.az xəbər verir ki, 23 yaşı məhz həmin gün tamam olan İordanis Adamakisin ölüm faktı klubu tərəfindən təsdiqlənib. DNT analizi nəticəsində itkin düşmüş hesab olunan gənc forvardın meyiti aşkarlanıb.

Qeyd edək ki, qəzada 57 nəfər həyatını itirib, 48 yaralı var. Bundan başqa, 56 nəfərin hələ də itkin düşdüyü açıqlanıb.

Exit mobile version