AUT.AZ

“Bayern” onunla bağlı qərar verdi

“Bayern” yeni mövsümün hazırlıqlarına indidən başlayıb.

Aut.az xəbər verir ki, Münxen təmsilçisi ilkin olaraq Erik Maksim Şupo-Motinqtin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı forvard 2024-cü ilin yayına kimi Bundesliqa klubunu məxsus olacaq.

Erik Maksim Şupo-Motinq 2020-ci ilin yayından “Bayern”də çıxış edir. Kamerunlu hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version