AUT.AZ

Prezident rusiyalı idmançlılardan danışdı: “Onlar da məsuliyyət daşıyırlar”

Polşa prezidenti Andjey Duda Rusiya idmanına tətbiq edilən sanksiyalar barədə danışıb.

Aut.az xəbər verir ki, o, bu məsələdə yerli atletlərin də məsuliyyət daşıdıqlarını deyib:

“Əlbəttə, kimsə deyə bilər ki, bu onların günahı deyil. Onların günahı olmaya bilər, lakin idmançılar da buna görə məsuliyyət daşıyırlar. Onlar öz ölkələrinə, bayraqlarına, himnlərinə görə məsuliyyəti var. Bu gün Rusiya onlar üçün bir yükdür və onlar bu yükü çiyinlərində hiss etməlidirlər. Daha beynəlxalq yarışlarda iştiraklarını tələb etməli deyillər”.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların beynəlxalq yarışlarda və gələn il Fransa da keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı müzakirələr aparır.

Exit mobile version