AUT.AZ

2 il sonra şans qazanan qapıçı hoqqa çıxardı – VİDEO

Niderland futbolunda daha bir maraqlı matç baş tutub.

Aut.az xəbər verir ki, birinci divizonun (Eerste Divisie) 27-ci turunda “Zvolle” “Den Boş”u qəbul edib. Oyun meydan sahiblərinin 13:0 hesablı qələbəsi ilə başa çatıb.

Diqqətçəkən məqam isə qonaqların qapıçısı ilə bağlıdır. Van der Stin Vuter ötən tur – “Deen Haaq”la matçın 87-ci dəqiqəsində ciddi zədə aldığı üçün əvəzlənib. Onun yerinə Konrad Sikkinq daxil olub. Bu, 24 yaşlı qolkiperin 2 illik fasilədən sonra ilk oyunu olub. Vuterin zədəsi ciddi olduğundan “Zvolle” ilə matçı buraxmalı olub.

“Deen Haaq”la görüşdə qapısını toxunulmaz saxlayan Konrada 2021-ci ilin yanvarından sonra ilk dəfə ötən gün start heyətdə meydana çıxmaq imkanı verilib. Ancaq o, ümidləri doğrultmayıb. Niderlandlı qapıçı rəqib futbolçuların vurduğu 16 zərbədən sadəcə 3-nü dəf edə bilib. Nəticədə görüş “Zvolle”nin 13:0 hesablı qələbəsi ilə başa çatıb.

Exit mobile version