AUT.AZ

12 il sonra təkrarlanan rekord

Almaniya Bundesliqasının 23-cü turunda “Leypsiq”i məğlub edən Dortmund “Borussiya”sı rekordunu təkrarlayıb.

Aut.az xəbər verir ki, doğma meydanda 3 xal qazanan dortmundlular çempionatda ardıcıl səkkizinci matçında qalib gələrək özünə məxsus nəticəni təkrarlayıb. Bu, klub tarixində yalnız bir dəfə – 2011/2012 mövsümündə, -Yürgen Kloppun rəhbərliyi dönəmində baş vermişdi. Həmin vaxt komanda liqanı çempion kimi başa vurmuşdu.

Dortmund klubu Çempionlar Liqası və Almaniya kuboku (DFB Pokal) da nəzərə alınmaqla, son 10 oyunun hamısında qələbə qazanıb.

“Borussiya” “Leypsiq” üzərində qələbədən sonra turnir cədvəlinə başçılıq etsə də, üç xal geridə olan “Bayern” bir matç az keçirib.

Exit mobile version