AUT.AZ

“Əl-Nəsr” “comeback” etdi, Ronaldo yazdı ki…

Kriştiano Ronaldo “Əl-Batin”lə oyunda (3:1) “Əl-Nəsr”in geri dönüşünü şərh edib.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 19-cu turunun matçında hesabı 17-ci dəqiqədə liqanın autsayderinin hücumçusu Rentso Lopes açıb. Əbdürrəhman Qərib 93-cü, Məhəmməd Əl-Fatil 102-ci, Məhəmməd Maran 104-cü dəqiqədə fərqlənərək “Əl-Nəsr”in qəlbəsini rəsmiləşdirib.

“Həmişə sona qədər inanın! İrəli!!!💪🏼💛💙”, – Ronaldo sosial şəbəkədə yazıb.

38 yaşlı portuqaliyalı bu qarşılaşmada fərqlənə bilməyib.

Aut.az

Exit mobile version