AUT.AZ

Ultimatum verdi: Pulumu istəyirəm

2015-2022-ci illərdə “Yuventus”da çıxış etmiş “Roma”nın hücumçusu Paulo Dibala Turin klubunun hələ də ona 3 milyon avro borcu olduğunu bildirib.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Argentinalı futbolçu Turin nəhənginə ultimatum da verib:

“Yuventus”un mənə sonuncu dəfə nə vaxt pul ödədiyini xatırlamıram. Amma klubun hələ də mənə borclu olduğunu yaxşı bilirəm. “Yuventus”un bu 3 milyon avronu ödəmək üçün son şansı var. Əks halda vəkilim yazılı sorğu göndərəcək.

Ümid edirəm ki, məsələ o qədər uzağa getməyəcək. Mən pulumu istəyirəm, amma məhkəməyə müraciət etmədən. Mənim üçün də, “Yuventus” üçün problem yaranmasını istəmirəm”.

Aut.az

Exit mobile version