AUT.AZ

İrqçiliyin cəzası ağır oldu

“Çelsi” azarkeşi “Tottenhem”in futbolçusu Son Hın Min haqqında irqçi davranışına görə 3 il müddətinə futbol yarışlarından uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə “Football London” məlumat yayıb. 14 avqust 2022-ci ildə “Tottenhem”ə qarşı 2:2 hesablı oyun zamanı London klubunun 30 yaşlı azarkeşi cənubi koreyalı yarımmüdafiəçini irqçi zəminində təhqir edib.

“Çelsi” hadisəni törədənin kimliyini müəyyən edə bilib. Azarkeş 726 funt sterlinq məbləğində cərimələnib və 3 il futboldan uzaqlaşdırılıb. O, bu müddətdə heç bir matçda tribunada və bu idman növü ilə bağlı tədbirlərdə iştirak edə bilməz.

Exit mobile version