AUT.AZ

İndi də deyir ki, məni komanda yoldaşlarım dəmlədi

Argentina millisinin futbolçusu Emiliano Martinez DÇ-2022-nin ən yaxşı qapıçısı mükafatını alarkən etdiyi jest barədə danışıb.

Aut.az xəbər verir ki, “Aston Villa”nın qolkiperi etdiyi hərəktlə fərxr etmədiyini bildirib:

“Əlbəttə, bununla fəxr etmirəm. Mənim “qızıl əlcək” mükafatını alacağımı biləndə, komanda yoldaşlarım dedilər ki, niyə Amerika Kubokunda etdiklərini təkrarlamırsan? Bu, komanda yoldaşlarımın günahıdır”.

Qeyd edək ki, Martinez DÇ-2022-nin ən yaxşı qapıçısı seçilib. O, Fransaya qalib gəldikləri (3:3, pen-4:2) final matçından sonra mükafat alarkən qeyri-etik jestlə gündəmə gəlmidşdi. Onun bu addımı futbol ictimaiyyətində birmənalı qarşılanmamış, hətta kapitanı Lionel Messi tərəfindən tənqid edilmişdi.

Exit mobile version