AUT.AZ

Abramoviçin adamı məhkəməyə müraciət etdi

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviçin yaxın adamı Yevgeni Şvidler Britaniya sanksiyalarına məhkəmədə etiraz edən ilk şəxs olub.

Aut.az xəbər verir ki, Abramoviçlə uzun müddət əlaqədə olan Şvidlerin vəkilləri London məhkəməsində iddia qaldırıblar. Onlar Böyük Britaniya dövlətinin Şvidlerin rusiyalı iş adamı ilə münasibətlərini dəyərləndirərkən “əhəmiyyətli səhvlərə” yol verdiyini iddia edirlər.

Britaniya vətəndaşı olan Yevgeni bildirir ki, ötən ilin mart ayında “qara siyahı”ya salındıqdan sonra ciddi çətinliklər yaşayıb. Milyarder aktivlərinin dondurulması ilə bağlı qanunsuz qərarın ləğv edilməsini istəyir. Şvidlerin qadırdığı idida Rusiya-Ukrayna müharibəsindən sonra Britaniya hakimləri tərəfindən baxılan ilk iş olacaq.

Qeyd edək ki, o, Sovet İttifaqının son illərində Rusiyanın sənaye aktivlərini özəlləşdirdikdən sonra “Sibneft” şirkəti sayəsində böyük pullar qazanıb. Həmin müddətdə Abramoviçlə sıx əlaqələri olub. Sanksiyaların tətbiqindən əvvəl hər ikisi “Evraz” polad şirkətinin paylarına sahib olub. O, “Çelsi”nin maliyyələşməsində də iştirak edib.

Roman Abramoviç isə 2022-ci il martın 10-da Böyük Britaniya, bir neçə gün sonra isə Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb. Bu addım Cersi vergi cənnətindəki məhkəmənin Abramoviçlə əlaqəli 7 milyard dollardan çox aktivin dondurulması ilə nəticələnib.

Rusiyanın işğalını açıq şəkildə pisləyən və Rusiya vətəndaşlığından imtina edən milyarder Oleq Tinkov da bu həftə sanksiya siyahısından çıxarılması üçün müraciət edib.

Exit mobile version