AUT.AZ

Əşrəfə prokurorluqdan bəd xəbər

PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin təcavüzdə günahlandırıdığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Fransanın Nant şəhərinin prokurorluğu mərakeşli futbolçuya zorlama ittihamı ilə cinayət işi açıb. Bu barədə “L`Equipe” məlumat yayıb. 24 yaşlı oyunçu artıq prokurorluqada ifadə verib. Hakimi məhkəmə nəzarəti altındadır.

Qeyd edək ki, gənc qız bu il fevralın sonlarında futbolçunu zorlamada ittiham edib. Hakiminin vəkili bunu yalan adlandıraraq ittihamları rədd edib.

Paris klubu oyunçusunu müdafiə edən bəyanat verib. Futbolçunun həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib.

Exit mobile version