AUT.AZ

Onların adlarını işarələrlə göstərəndə belə alınır – FOTO

“Bavariya” sosial şəbəkədəki səhifəsində oyunçuların şəkillərini yerləşdirərək, onların adlarını jestlə – işarələrlə göstərib.

Aut.az xəbər verir ki, jestlər “Bavariya”nın eşitmə və danışma qüsurlu fanatları ilə əməkdaşlıq nəticəsində hazırlanıb.

Jestlərin hər biri oyunçunun fərqli xüsusiyyətlərini əks etdirir. Məsələn, Serj Qnabrinin işarələrlə adı onun qol sevincini qeyd etməsinə bənzəyir.

Matteys de Liqtin jesti isə onun formasının nömrəsini və “Bavariya”ya ürəkdən bağlılığını əks etdirir.

“Bu gün mən “Bavariya”mla çox fəxr edirəm. Bizə bu layihəni öz gücümüzlə həyata keçirməyə icazə verildi, bu, bizim üçün həqiqətən çox şey deməkdir. Bu səbəbdən “Bavariya” “Bavariya”dır. Ürəyim elə döyünür ki…”, – deyə “Bavriya” azarkeşi Ştefan yazıb.

Aut.az

 

Exit mobile version