AUT.AZ

Messinin ailəsinə məxsus mağazanı güllələdilər: Səni gözləyirik – FOTO

PSJ-nin ulduzu Lionel Messi Argentinada ciddi təhdidlə üzləşib.

Aut.az xəbər verir ki, Leonun doğma şəhəri Rosarioda motosikletli iki şəxs futbolçunun həyat yoldaşı Antonella Rokutsonun həyat yoldaşının ailəsinə məxsus mağazaya atəş açıb. Bu barədə “Twitter”də  “Cadena 3 Rosario” məlumat yayıb.

Mənbənin sözlərinə görə, həmin şəxslər mağazaya 14 dəfə atəş açıb və kömürlə yazılmış və şəxsən futbolçuya ünvanlanmış mesaj buraxıblar: “Messi, səni gözləyirik. Yavkin narkotik alverçisidir, səni xilas etməyəcək”.

Pablo Yavkin Rosario şəhərinin hazırkı meridir. Yerli hakimiyyət baş verənləri araşdırır. Ehtimal olunur ki, həmin şəxslər Messidən pul qoparmaq niyyətindədirlər. Hadisə nəticəsində xəsarət alan olmayıb, hücum zamanı supermarket bağlı olub.

Aut.az

Exit mobile version