AUT.AZ

Mbappe Acunun çağırışına qoşuldu – Türkiyəyə BÖYÜK DƏSTƏK

23 yaşlı futbolçu Kilian Mbappe Acun Ilıcalının aparıcılığı ilə yayımlanan “Omuz Omuza” kampaniyasında iştirak edib.

Aut.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, canlı yayıma qoşulan dünya şöhrətli futbolçu Kahramanmaraşda meydana gələn zəlzələ nəticəsində evlərini itirənlərə yardım edib.

“Baş verənlər böyük faciədir. Təsəvvür edə bilməyəcəyimiz bir haldır. Futbol ictimaiyyəti bir araya gələcək və Türkiyəyə dəstək verəcək. Bunun bir parçası olmaqdan qürur duyuram. Uşaqlara kömək etmək üçün əlimdə olan bütün imkanlardan istifadə edəcəyəm” , – fransalı idmançı qeyd edib.

Exit mobile version