AUT.AZ

Məşhur bloqqer: Ronaldo ilə oteldə cinsi əlaqədə oldum

Venesueladan olan qız Kriştiano Ronaldo ilə cinsi əlaqədə olduğunu iddia edib.

Aut.az xəbər verir ki, Corcilayya kimi tanınan bloqqer ötən il martın 25-də futbolçu ilə intim münasibətdə olduğunu, bunun Portuqaliya otellərindən birində baş verdiyini söyləyib.

Corcilayya iddia edib ki, Ronaldo və Portuqaliya yığmasının futbolçuları ilə bir neçə şəkil çəkdirib. Bundan az sonra Kriştiano mesaj yazaraq onu otağına dəvət edib:

“Mesajı oxuyanda fikirləşdim ki, getsəm, o zaman sadəcə danışarıq, bir-birimizi daha yaxından tanıyarıq, bəlkə daha çox şəkil çəkdirərəm. Bu vəziyyətdə cinsi əlaqə olacağını düşünmürdüm. Fakt budur ki, bu, baş verdi.

Bu, mənim razılığımla baş verdi, amma buna baxmayaraq, Kriştiano Ronaldonun şöhrətinə görə təsir altına düşdüyümü  hiss etdim”.

Ronaldonun sözçüsü qızın ifadəsinin “yalan və böhtan” olduğunu bildirib.

Aut.az

Exit mobile version