AUT.AZ

“Fənərbağça” azarkeşləri ilə bağlı qərar dəyişdi

“Kayserispor” – “Fənərbağça” matçına qonaq komandanın azarkeşlərinin buraxılmaması qərarı ləğv olunub.

Aut.az xəbər verir ki, bu barədə Kayseri 2-ci İdarə Məhkəməsi qərar verib. “NTV Spor”un məlumatına görə, İstanbul təmsilçisinin fanatları bu görüşdə iştirak edə biləcək.

Daha əvvəl Kayseri Təhlükəsizlik Şurası “Fənərbağça” azarkeşlərinin “Kayseripor”la matçda iştirakına qadağa qoymuşdu. İstanbul təmsilçisinin azarkeşləri fevralın 25-də oynanılan ölkə çempionatının 23-cü turunun təxirə salınmış “Konyaspor”la matçında “Hökumət istefa” şüarı səsləndirmişdi. Şura “Kayserispor”un stadionunda siyasi şüarların səsləndilməsininin qarşısını almaq üçün bu addımı atmışdı.

Qeyd edək ki, “Kayserispor” – “Fənərbağça” qarşılaşması martın 4-ü keçiriləcək.

Exit mobile version