AUT.AZ

“Çelsi” yenə gözünü ora dikdi

“Çelsi” “Brayton”un baş məşqçisi Roberto De Zerbi ilə maraqlanır.

Aut.az xəbər verir ki, London klubu Qrem Potterin yerinə italiyalı mütəxəssisi gətirmək istəyir. Ancaq iş orasındadır ki, De Zerbiyə maraq göstərən klublar çoxdur. “Zadəganlar”dan başqa, “Milan” və “Tottenhem” də 43 yaşlı italyan mütəxəssisi diqqətdə saxlayır.

“Çelsi” rəhbərliyi Qraham Potterə dəstəklərini ifadə etsə də, komandanın uğursuz çıxışı onların fikirini dəyişə bilər. “Zadəganlar” son 7 oyunda yalnız 1 qələbə qazanıblar və turnir cədvəlində 10-cu yeri tuturlar. İngiltərə mətbuatının yaydığı məlumata görə, London klubu Qrahama 2 oyun şans verib.

Maraqlı məqam odur ki, Potter “Çelsi”yə məhz “Brayton”dan gəlib. Bu keçid ötən ilin sentyabrında reallaşıb.

Exit mobile version