AUT.AZ

Bir qadının gücü: Həyat yoldaşı, agent və ən yaxşı dost – FOTOLAR

Həyat yoldaşı, agenti və ən yaxşı dostu – bu sözlər “Real”ın superulduzu Luka Modriçin həyat yoldaşı Vanya Bosniçə aiddir. 2012-ci ildə xorvatiyalı “Tottenhem”dən Madrid klubuna keçəndə yarımmüdafiəçinin agenti o idi.

Aut.az xəbər verir ki, cütlük ilk dəfə 2007-ci ildə – yarımmüdafiəçi Zaqreb “Dinamo”sunda çıxış edərkən tanış olub Onlar 2010-cu ildə ailə həyatı qurub. Toyda ən tanınmış adam “Tottenhem”in keçmiş futbolçusu Vedran Çorluka olub. Onların ilk oğlu İvano toydan cəmi üç həftə sonra dünyaya gəlib. Cütlüyün Ema və Sofiya adlı iki qızı da var.

Onlarla bağlı maraqlı bir neçə məqam da var. 37 yaşlı Modriç həyat yoldaşından üç yaş kiçikdir. Digər super ulduzların partnyorları və həyat yoldaşlarından fərqli olaraq, Bosniçin “Instagram” hesabı yoxdur. O, sosial şəbəkələrə ümumiyyətlə maraq göstərmir.

Lukanın son zamanlardakı uğurlarında Vanyanın payı da az olmayıb. O, veteran yarımmüdafiəçinin hər bir addımını və qərarını dəstəkləyir.

Exit mobile version