AUT.AZ

Bu gün “El-Klassiko” var

Bu gün futbol dünyasının ən vacib görüşlərindən biri – “El-Klassiko” baş tutacaq.

Aut.az xəbər verir ki, İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Real” evdə “Barselona”nı qəbul edəcək. Futbol azarkeşləri tərəfindən maraqla gözlənilən oyuna saat 00:00-da start veriləcək.

Madrid klubunun heyətində 2 zədəli futbolçu var. Söhbət David Alaba və Ferlan Mendidən gedir. Onlar bu matçda iştirak etməyəcəklər. “Barsa”nın baş məşçqçisi Xavi Ernandes isə Robert Levandovski, Usman Dembele və Pedrinin xidmətindən yararlana bilməyəcək.

Cavab matçı isə aprelin 5-i “Kamp Nou”da olacaq.

Madriddəki qarşılaşma bu komandalar arasında 2023-cü ildə 2-ci görüşdür. Superkubokunu finalına təsadüf edən ilk matçda “Barselona” 3:1 hesab ilə qələbə qazanıb.

İspaniya Kral Kuboku, yarımfinal, ilk oyun

2 mart

00:00 Real – Barselona

Baş hakim: Xose Munuera (İspaniya)

Madrid, Santyaqo Bernabeu.

Exit mobile version