AUT.AZ

Əşrəfə daha bir zərbə həyat yoldaşından gəldi

Zorlamada ittiham olunan PSJ-nin futbolçusu Əşrəf Hakiminin həyat yoldaşı Hiba Abuk boşanmaq üçün məhkəməyə müraciət edib.

Aut.az xəbər verir ki, ispaniyalı aktrisanın bu qərarı futbolçunun zorlamada ittiham olunması ilə bağlı deyil. Onların bir neçə həftə əvvəldən münasibələrinin pozulduğu bildirilib.

Fevralın 27-də keçirilən FİFA-nın mükafatlandırma mərasimində Hakiminin Abuk ilə birlikdə görünməməsi də onların münasibətlərindəki gərginliyə işarə edir.

Qeyd edək ki, bir qadın polisə gedərək, Hakiminin ona təcazüv etdiyini söyləyib. Artıq mərakeşli futbolçu ilə bağlı araşdırma başlayıb.

Exit mobile version