AUT.AZ

Ronaldonun pəhrizindən yararlandı – Başına bəla açdı

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Qabriel Menino Kriştianonun pəhrizindən istifadə edib.

Aut.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu pəhrizin ona pis təsir etdiyini deyib. Braziliyalı oyunçu bir qədər çəki itirmək və əzələ toplamaq məqsədi ilə başladığı dietanın fəsadları haqda danışıb:

“Həmişə eyni çəkidə idim. Bir az arıqlamaq və əzələ toplamaq istədim. Klubun diyetoloqu Mirtes Sankanelli ilə danışdım və Kriştiano Ronaldonun pəhrizini tətbiq etmək istədiyimi dedim. Öz mövqeyimdə üçüncü oyunçu idim. Eyni gündə mənim mövqeyimdəki iki futbolçu zədələndi.

Pəhriz belə idi: Səhər bir yumurta və qida əlavələri, məşqdən öncə yemək, naharda balıq və salat, axşam yeməyində yenə balıq və salat, yatmadan öncə isə yüngül qidalar. Pəhrizin ikinci günündə matça start heyətdə başlayacaqdım. Çox istəkli idim. 5 dəqiqə sonra artıq qaça bilmədiyimi hiss etdim. Öləcəyimi düşündüm, özümü saxlaya bilmədim və yerə yıxıldım. Bundan sonra baş məşqçiyə oynaya bilməyəcəyimi dedim və məni əvəzləməsini istədim”.

Qeyd edək ki, Qabriel Menino cari mövsümdə “Palmeyras”ın heyətində meydana çıxdığı 11 matçda 3 qol vurub.

Exit mobile version