AUT.AZ

Deyib ki, hamı səni axmaq hesab edir, rədd ol

İtaliya çempionatının “Roma” – “Kremoneze” (1:2) matçının dördüncü hakimi Marko Serra Roma klubunun baş məşqçisi Joze Mourinyonu təhqir edib.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mourinyonun oyun epizodlarından biri ilə bağlı sualından sonra hakim ona deyib: “Hamı səni axmaq hesab edir, rədd ol evinə”.

İkinci hissənin əvvəlində yan xəttin yanında davam edən mübahisədən sonra baş hakim Mourinyo qırmızı vərəqə göstərib.

Daha sonra baş verənlərə münasibət bildirən portuqaliyalı çalışdırıcı əlbəyaxa davaya girdiyi hakimin turinli olduğuna, “Roma”nın növbəti oyununun isə “Yuventus”a qarşı keçirəcəyinə eyham vuraraq, hakimin yersiz danışdığını da qeyd edib.

Aut.az

Exit mobile version