AUT.AZ

Mourinyo öz ampluasında – VİDEO

“Roma”nın baş məşqçisi Joze Mourinyo növbəti dəfə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, Mourinyo İtaliya A seriyasının 24-cü turunda “Kremoneze”yə qarşı keçirilən oyunda texniki zonadan qovulub. Portuqaliyalı mütəxəssisin ikinci hissənin startında matçın baş hakimi Marko Piççininin qərarından narazı qalıb və onu təhqir edib. Referi isə birbaşa qırmızı vərəqə göstərərək, 60 yaşlı çalışdırıcını tribunaya göndərib.

Qeyd edək ki, “Kremoneze” – “Roma” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Exit mobile version