AUT.AZ

Yunanıstan derbisi azərbaycanlı hakimlərə tapşırıldı

FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan kubokunun oyununa təyinat alıb.

Aut.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, onun rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək “Olimpiakos” – AEK (Afina) oyununu idarə edəcək.

Yunanıstan derbisində Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Exit mobile version