AUT.AZ

Ronaldonun hikkəsi: Sorğuda niyə iştirak etməyib?

Kriştiano Ronaldo FİFA-nın ilin ən yaxşı oyunçusu sorğusunda iştirak etməyib.

Aut.az xəbər verir ki, DÇ-2022-də Portuqaliya millisində kapitan sarğısı ilə çıxış edən forvard “The Best”in seçicilər siyahısında yer almayıb. Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldonun belə addım atmasının səbəbi məlum deyil.

Krişin əvəzinə müdafiəçi Pepe sorğuda prineylilərin kapitanı kimi iştirak edib. “Porto” nun futbolçusu birinci yeri Kilian Mbappeyə, ikinci yeri Luka Modriçə, üçüncü yeri isə Kərim Benzemaya verib.

Qeyd edək ki, ilin ən yaxşı oyunçusu mükafatını Argentina millisinin hücumçusu Lionel Messi qazanıb.

 

Exit mobile version