AUT.AZ

“Qarabağ” təkzib etdi: Biz bir ailəyik

Fevralın 28-də Aut.az saytında “Qarabağ”da nə baş verir? – Hədəfdə onlardır” adlı yazı dərc olunub. Yazıda “Qarabağ”ın düşərgəsində yaşanan gərginliyin səbəbləri haqda məlumat verilir.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bizimlə əlaqə saxlayaraq həmin məlumatlara münasibət bildirdi. Klub rəsmisinin açıqlamasını təqdim edirik:

“Yazıda qeyd olunan informasiyalar kökündən səhvdir. Bu informasiyanı sizə ötürən şəxslər “Qarabağ”ı istəməynlərdir. Onlarıb bir məqsədi var. Klub daxilindəki ab-havanı pozmaq. “Qarabağ”da çalışan əməkdaşların bir-biri ilə münasibətləri yaxşıdır. Biz bir ailəyik. Klub olaraq birlikdə növbəti uğurlara köklənmişik”.

Aut.az

Exit mobile version