AUT.AZ

Onu da təcavüzdə ittiham etdilər

PSJ-nin futbolçusu Əşrəf Hakimi təcavüzdə günahlandırılır.

Aut.az xəbər verir ki, ötən həfətəsonu 23 yaşlı xanım polis şöbəsinə gedərək mərakeşli müdafiəçi tərəfindən zorakılığa məruz qaldığını deyib. Fransız xanımın iddialarına baxmayaraq, o, 24 yaşlı futbolçudan rəsmən şikayətçi olmayıb.

Ancaq prokurorluq məsələni nəzarətə götürdüyünü və araşdırmaların başladığını açıqlayıb.

Qeyd edək ki, Hakimi 2021-ci ildən Fransa klubunun şərəfini qoruyur. Əşrəf cari mövsümdə 31 matçda 4 qol və 5 assistlə yadda qalıb.

Exit mobile version