AUT.AZ

Messi mükafata görə kimlərə təşəkkür etdi?

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi FİFA tərəfindən 2022-ci ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatını qazanmasını şərh edib.

Aut.az xəbər verir ki, o, 8-ci dəfə mükafata qovuşduqdan sonra bunları deyib:

“Bu, gözəldir. Möhtəşəm bir il keçirmiş Kərim Benzema və Kilian Mbappe ilə birlikdə belə siyahıda olmaq çox xoşdur. Mükafatı almaq mənim üçün böyük şərəfdir. Burada olan Lionel Skaloni və Lisandro Martinezə təşəkkür etmək istərdim. Mənim üçün əla il oldu. Gərgin mübarizədən sonra arzumu həyata keçirə bildim. Ailəmə, Argentina xalqına təşəkkür etmək istəyirəm”.

Argentinalı oyunçu sosial şəbəkə hesabında isə bunları yazıb:

“Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm. Ailəmə və dostlarıma, bizə inanan 45 milyon argentinalıya… Və bütün FİFA qaliblərini təbrik edirəm. Xüsusilə Lionel Skaloni və Emiliano Martinez hər ikisi də mükafatlarına layiq idilər. Tezliklə görüşənədək!”

Qeyd edək ki, Lionel Messi DÇ-2022-də Argentina millisi ilə mundialın qalibi olub. O, turnirin ən yaxşı oyunçusu seçilib.

Exit mobile version