AUT.AZ

Messi kimlərə səs verib?

Lionel Messinin kimi dünyanın ən yaxşı futbolçusu hesab etdiyi məlum olub.

Aut.az xəbər verir ki, FIFA-nın səsverməsində Argentina millisinin kapitanı PSJ-dəki komanda yoldaşı Neymarı birinci yerə layiq görüb.

Messi ikinci yeri digər parisli hücumçu Kilian Mbappeyə, üçüncü yeri isə “Real”ın hücumçusu Kərim Benzemaya verib.

Messi 52 xal toplayaraq “The Best” mükafatına layiq görülüb. Mbappe 44 xalla ikinci, Benzema 34 xalla üçüncü, Neymar 13 xalla 9-cu olub.

Aut.az

Exit mobile version