AUT.AZ

Mahir Emrelinin baş məşqçisi o olacaq? – FOTO

Türkiyə Super Liqasının son turunda “Fənərbağça”ya böyük hesabla məğlub olan (0:4 ) “Konyaspor”da baş məşqçi dəyişikliyi gözlənilir.

Aut.az xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb. Bildirilir ki, Aleksandar Stanoyeviçdən gözlənilən nəticəni ala bilməyəcəyini anlayan rəhbərlik azarkeşlərin də sərt etirazını nəzərə alaraq, yanvarda müqavilə imzalanılan baş məşqçini istefaya göndərməyə hazırlaşır.

“Ağ-yaşıllar”ın “sükanı arxasına” 2 mövsüm əvvəl “Beşiktaş”la çempionluq yaşayan Sərgən Yalçının gətiriləcəyi bildirilir. Konya təmsilçisi 2017/18 mövsümündə də komandaya rəhbərlik edən 50 yaşlı mütəxəssislə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli “Konyaspor”a iki həftə əvvəl “Dinamo Zaqreb”dən keçib. İcarə əsasında Türkiyə klubuna transfer olunan forvard hələ yeni komandasında debüt etməyib.

 

Exit mobile version